
1971-ci ildə Dover boğazında Brandenburg gəmisi Texaco Caribbean gəmisinin qalıqlarına çırpıldı və batdı. Baxmayaraq ki, qalıqlar düzgün şəkildə işarələnmişdi, bir neçə həftədən sonra, Niki gəmisi tərəfindən vuruldu və o da batdı. Bu hadisə nəticəsində ümumilikdə 51 nəfər həyatını itirdi. Məhz bu fəlakət IALA Dəniz Şamandıra Sisteminin inkişafına və tətbiqinə səbəb oldu.
Vahid buoy sisteminin əsası 1889-cu ildə qoyuldu. Həmin vaxt bəzi ölkələr kanalların sol tərəfini qara silindrik (can buoy), sağ tərəfini isə qırmızı konusvari (conical buoy) buoylarla işarələməyə razılaşdılar. Təəssüf ki, buoylarda işıqlar tətbiq edildikdə, bəzi Avropa ölkələri qara sol tərəf qırmızı işıq əlavə etdilər, çünki liman girişlərinin sol tərəfi də qırmızı işıqlarla işarələnirdi. Bunun əksinə olaraq, Şimali Amerikada qırmızı ulduz tərəf (sağ) buoyları qırmızı işıqlarla işarələndi.
Buy Sisteminin İnkişafı
Daha sonra müxtəlif konfranslar vahid bir şamandıra sistemi yaratmağa çalışdı, lakin bu, yalnız 1936-cı ildə Cenevrədə Millətlər Liqası tərəfindən hazırlanmış bir sistemlə mümkün oldu. Bu sistem Cardinal və Lateral sistemlərini müəyyənləşdirdi və əsas prinsip olaraq qırmızı şamandıraların sol tərəfdə, qara şamandıraların isə sağ tərəfdə yerləşdirilməsini təsbit etdi. Lakin bir neçə ölkə bu konvensiyanı imzalamadı və öz fərqli, hətta əks sistemlərini inkişaf etdirməyə davam etdi.
İkinci Dünya Müharibəsindən (1939-1945) sonra Şimali-Qərbi Avropada 1936-cı il Cenevrə Konvensiyasının prinsipləri əsasında şamandıra sistemləri yenidən quruldu. Lakin bu sistemin müxtəlif ölkələr tərəfindən fərqli şərh olunması nəticəsində doqquz fərqli buy sistemi ortaya çıxdı.
1973-cü ildə Beynəlxalq Dəniz Fənərləri İdarələri Assosiasiyasının (IALA) Texniki Komitəsi qlobal vahid bir buy sisteminin yaradılmasının zəruriliyini nəzərə alaraq yeni bir cəhd etdi. IALA hökumətə bağlı olmayan bir təşkilatdır və naviqasiya vasitələrinin təkmilləşdirilməsi üçün müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirir. IALA yekdil razılığa gəlməyin dərhal mümkün olmadığını müəyyənləşdirdi, lakin iki alternativ sistemdən istifadə edilməsinin praktik olduğunu qərara aldı. Bunun üçün dünya iki regiona bölündü:
• A Regionunda: Lateral sistemdə qırmızı buy sol tərəfi, yaşıl buy sağ tərəfi göstərir.
• B Regionunda: Rənglər əksinə istifadə olunur, yaşıl sol tərəfi, qırmızı isə sağ tərəfi göstərir.
1980-ci ildə, Hökumətlərarası Dəniz Məşvərət Təşkilatının (IMCO, hazırda Beynəlxalq Dəniz Təşkilatı – IMO) və Beynəlxalq Hidroqrafiya Təşkilatının (IHO) dəstəyi ilə keçirilən bir konfransda 50 ölkənin dəniz fənərləri idarələri və 9 beynəlxalq təşkilatın nümayəndələri yeni sistemin qaydalarını qəbul etdi və regionlarla bağlı yekun qərarlar verildi.
Bu gün IALA Buy Sistemi dünyanın böyük bir hissəsində tətbiq olunur. Bununla belə, bəzi bölgələrdə tam keçid hələ tamamlanmayıb. Bu sistemin son tətbiq vəziyyəti The Mariner’s Handbook kitabının əlavəsində göstərilir.
Bəzi bölgələrdə, məsələn, Şimali Amerikada və Qərbi Avropanın daxili su yollarında, IALA Sistemi müəyyən modifikasiyalarla istifadə edilir və bu dəyişikliklər Admiralty Sailing Directions kitabında təsvir olunub.